Araz Musayevdən xəbər var: onların fotolarını PAYLAŞDI

Mayın 28-də Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevdən yeni xəbər var.
Redaktor.az xəbər verir ki, onun səhhətində qəfil pisləşmə olub.
Bu barədə Araz Musayev sosial şəbəkə hesabında paylaşım edib.
"Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm", - deyə o qeyd edib.
Araz Musayev onun vurulmasında şübhəli bilinərək saxlanılan şəxslərin fotolarını da paylaşıb.