Goranboyda yuxusuz sürücü qəza törətdi - VİDEO

 15:02 04.06.2025     257

Goranboy rayonu, Goran qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial mediada paylaşılıb.

Qəza zamanı dondurmadaşıyan yük avtomobili yolayrıcı dəmir arakəsmələrə çırpılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü yorğun və yuxusuz olduğu üçün idarəetməni itirib və qəza baş verib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "oxu.az"a bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

"İyunun 4-ü 04:03-də Kənan Mərdan oğlu Nağıyevin idarə etdiyi "Mercedes" markalı, 10-JV-359 dövlət nömrə nişanlı yük avtomobilinin yolayrıcı dəmirləyə dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb".