Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

İyunun 4-də Lerik rayonunda zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 23:32-də Lerik rayonunda qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 17 kilometr olub və Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.
***
Lənkəranda zəlzələ olub.
Redaktor.az xəbər verir ki, yeraltı təkanlar 3-4 bala qədər hiss olunub.