Lənkəranda itkin düşən şəxsin meyiti tapıldı - YENİLƏNİB

 13:17 05.06.2025     274

Lənkəranda itkin kimi axtarılan 55 yaşlı kişinin meyiti aidiyyəti üzrə təhvil verilib.

Redaktor.az xəbər verir ki, Lənkəran rayonunun Horavenc kənd sakini 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Yaxın qohumu Mirəziz Quliyev APA-ya bildirib ki, o, mal-qarasını gətirmək üçün evdən çıxıb: "Axşam mal-qara evə qayıdıb, amma İlhamdan bir xəbər olmayıb. Hamı İlhamın axtarışlarına başlayıb. Bu gün səhər meyitini qayalıqda, kolların arasından tapdıq”.

Faktla bağlı araşdırma davam etdirilir.

10:23

***

Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. 

***

09.53

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Nazirliyikdən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.