Azərbaycanın konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm OXUNDU

 17:24 05.06.2025     93

Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirməkdə təqsirləndirilən şəxslər - Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Zaur Əsgərov 5 il 6 ay, Gündüz Mirzəyev isə 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər "Azərbaycan naminə birliyi" və "AXCP-nin dostluq qrupu" adlı "Whatsap" qruplarında Azərbaycanın konstitusiya quruluşuna və dövlət əleyhinə açıq çağırışlar edərək insanları cihada çağırış ediblər. Onlar hakimiyyət nümayəndələrinə qarşı təhqiramiz sözlər işlədiblər.