Gəncədə azyaşlı xəstəxanada öldü - YENİLƏNDİ

 10:41 06.06.2025     266

05.06.2025-ci il tarixində saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.

***

09.20

Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.

Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.

Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən