Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

 10:54 06.06.2025     154

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.