Tovuzda qəza oldu, xəsarət alan var

 15:09 06.06.2025     124

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərkətədə olan "VAZ 2106" ilə "Mercedes" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.