Ailə üzvləri ilə mübahisə etdi - evi YANDIRDI

Tovuzda yanğın hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazində qeydə alınıb.
Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərindən birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğının söndürülməsi istiqamətində işlər gedir.
İlkin məlumata görə, ev mübahisə zamanı ailə üzvlərindən biri tərəfindən yandırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.