Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

 16:01 06.06.2025     185

Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, report.az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib.

Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 5-də Şəkinin Cəyirli kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Zəhra Əliyeva atasının evində qətlə yetirilib.