Maşın su kanalına düşdü - Foto

 16:38 06.06.2025     126

Göygöl rayonunda yol qəzası baş verib.

Redaktor.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Yusif Kazımovun sükanı arxasında olduğu “VAZ 21011” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

2