Ermənistan ordusunun əsgəri ildırım vurması nəticəsində ÖLDÜ

 21:31 06.06.2025     100

Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 6-da saat 13:00 radələrində baş verib.

Hadisənin başvermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.