Cəlilabadda maşın kanala aşdı - FOTO - YENİLƏNİB

Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi və vəziyyətləri məlum olub.
Redaktor.az xəbər verir ki, Cəlilabad rayonunda "Ford" markalı nəqliyyat vasitəsinin kanala aşması nəticəsində 5 nəfər - 1978-ccii il təvəllüdlü Elnur İsayev, 1982-ci il təvəllüdlü Günay İsayeva, 2006-cı il təvəllüdlü Nurlanə Elnur qızı İsayeva, 2010-cu il təvəllüdlü E.İsayeva və 1992-ci il təvəllüdlü İqbal İsayev xəsarət alıblar.
Xəstəxanadan bildirilib ki, 07.06.2025-ci il tarixində saat 11:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
14:15
***
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
"Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.
Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır (APA).