Bakıda minik və yük avtomobilləri toqquşdu - ÖLƏNLƏR VAR - VİDEO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata görə, "Shacman" markalı yük maşını ilə "Wolkvagen" markalı minik avtomobili toqquşub.
Faktla bağlı araşdırma aparılır.
14:22
Bakıda, Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, minik və yük avtomobilləri toqquşub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.