Gəncədə zəncirvari qəza oldu, xəsarət alan var

 20:14 07.06.2025     123

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, "Mercedes", "Chevrolet" və daha iki minik avtomobili toqquşub.

Qəzada 1976-cı il təvəllüdlü A.Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.