Goranboyda leysan fəsadlar törətdi - FOTO

 22:28 07.06.2025     215

Goranboy rayonunda yağan leysan yağışlar bir sıra fəsadlara yol açıb.

Redaktor.az xəbər verir ki, leysan yağışları nəticəsində, Goranboy-Aşağı Ağcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsi hissəsində qum-çınqıl yolu tutaraq avtomobillərin hərəkətində maneələr yaradıb. 

Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal yerində monitorinq keçirilib və müvafiq texnikalar əraziyə cəlb edilməklə, yolda bərpa işləri aparılıb, yolun hərəkəti təmin edilib. 

2222222222222