Bakıda transformator məntəqəsində yanğın OLDU

 22:50 07.06.2025     110

Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən transformator məntəqəsində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə saat bu gün axşam saatlarında qeydə alınıb.

Əraziyə dərhal FHN-in yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın nəticəsində “Azərişıq” ASC-yə məxsus gücü 380 kVt olan transformatorun içərisində yerləşən 1 ədəd sayğac və 1 p.m. uzunluğunda çıxış kabeli yanıb.

Alovun digər hissələrə keçməsinin qarşısı alınıb və transformatorun qalan hissəsi yanğından mühafizə olunub.