Xətaidə bir-birinə bitişik obyektlərdə yanğın OLDU

 23:23 07.06.2025     94

Bakının Xətai rayonunda bir-birinə bitişik obyektlərdə yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğın hündürmərtəbəli yaşayış binasına bitişik obyektlərdə qeydə alınıb.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.