DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat ETDİ

 11:53 08.06.2025     131

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bu barədə Redaktor.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!