Qaxda zəncirvari qəzada bir ailənin 3 üzvü öldü - YENİLƏNİB

 16:13 08.06.2025     293

Qaxda zəncirvarı qəzada xəsarət alanlardan 3-ü bir ailənin üzvüdür.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Qax rayonu Güllük kənd sakinləri - “VAZ-2106”nın sürücüsü 44 yaşlı Eşqin İsmayılov və onun ailə üzvüləri 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılovu qəzada xəsarət alıb.

Digər xəsarət alan şəxs isə “Honda” markalı avtomobilin sərnişini, 30 yaşlı Ayşən Əliyevadır.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

22