Goranboyda yeniyetmə qızı maşın vurdu - YENİLƏNİB

Bu gün saat 11:05 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən xəbər verilib.
Ona alın və təpə nahiyəsinin hematoması, qarın və diz nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin edilib.
Qeyd edilib ki, hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır, stabil olaraq qiymətləndirilir.
***
Goranboyda 2014-cü il təvəllüdlü Bakı şəhər sakini Z.Bayramovanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, marketlərin birinin qarşısında yolu keçmək istəyən yeniyetməni Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi “Nissan” markalı minik avtomobili vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
***
Goranboyda yeniyetmə qızı maşın vurub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Z.Bayramovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır .