Qaxda motosiklet qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlardan biri Abşeron rayon sakini, 2005-ci il təvəllüdlü Turan Təbriz oğlu Şahmurov, digəri isə Qax rayon sakini 2000-ci il təvəllüdlü Ruslan Səyyad oğlu Ramazanovdur.
***
Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 20:00 radələrində Qax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet idarəetməni itirərək aşıb.
Qəza nəticəsində motosiklet sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.