“BakuBus”un avtobusu “Ford”la toqquşdu, meyvələr yola dağıldı - VİDEO

 12:51 09.06.2025     97

İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, O.Şabanov küçəsində “BakuBus”a məxsus 120 saylı marşrut xətti üzrə hərəkət edən BMC markalı avtobusla “Ford Transit” markalı yük avtomobili toqquşub. 

Qəza nəticəsində “Ford”da daşınan meyvə-tərəvəz məhsulları yola dağılıb. Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb. 

Faktla bağlı araşdırma aparılır.