Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada ÖLDÜ

 21:27 09.06.2025     92

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu.