“Ləhic bağları”nda faciə - ustanı cərəyan vurub ÖLDÜRDÜ

 09:39 10.06.2025     151

Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, iyunun 8-i saat 20 radələrində Nardaran qəsəbəsi “Ləhic bağları” adlanan ərazidə tikinti gedən evdə usta işləyən Qazax rayon sakini 1994-cü il təvəllüdlü Təbriz Komunar oğlu Əhmədovu elektrik cərəyanı vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (Qafqazinfo).