Bakıda tələbə qız qarpızdan zəhərlənib öldü - FOTO - YENİLƏNİB

 10:59 10.06.2025     265

Bakıda gənc qız zəhərlənmədən vəfat edib.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.

Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.

Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. 

Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.