Veteranlıq veriləcəyi vədi ilə 8500 manat mənimsədi

"Ehtiyatda olan Zabitlər Konfederasiyası"nın Ağcabədi rayon təşkilatının sədrinə hökm oxunub.
Redaktor.az-ın oxu.az-a istinadla məlumatına görə, təşkilat sədri Əlibala Məmmədov (soyad şərtidir) Vətən müharibəsi iştirakçısını aldadaraq veteranlıq verilməsi üçün ondan 8500 manat alaraq mənimsəyib.
Faktla bağlı cinayət işi başlanıb və təşkilat sədri məsuliyyətə cəlb edilib .
Məhkəmənin hökmü ilə Ə.Məmmədov iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq tətbiq edilib.