Lənkəranda iki maşın toqquşdu - xəsarət alanlar var - FOTO

 17:30 10.06.2025     117

Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 5 nəfər Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır

Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO