Azərbaycanda yeni doğulmuş körpə ÖLDÜ

 18:00 10.06.2025     95

Azərbaycanda yeni doğulmuş körpə ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Masallı rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Bu barədə 40 yaşlı Pərviz Gönlüşad oğlu Bağırov polisə müraciətində bildirib. Onun sözlərinə görə, xəstəxananın Təhminə adlı həkimi ondan 6 min manat pul alıb və yeni doğulmuş övladı səhlənkarlıq nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır (lent.az).