Bakıda qaz xətti zədələndi, bəzi yerlərdə qaz təchizatı dayandırıldı

 22:34 10.06.2025     185

Səbail rayonu, Badamdar qəsəbəsində asfalt qaşıyan texnika yeraltı orta təziqli qaz xətti zədələyib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qaz sızmasının qarşısını almaq məqsədi ilə qaz təchizatı dayandırılıb. A.Məmmədov, Z.Yusifzadə, Əlibəyov, L.Babayev, Ə.Nəzmi, M Useynov, Q.Abbasov, Xanlar, S.Qədimova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.