Abşeronda yaşayış binalarının yaxınlığında yanğın baş VERDİ

Abşeron rayonunun Məhəmmədi dairəsində yerləşən açıq ərazidə yanğın hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, alov yaşayış binalarına yaxın ərazidə qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və polis əməkdaşları cəlb olunub.
Operativ müdaxilə nəticəsində yanğının yaşayış binalarına keçməsinin qarşısı alınıb. Hazırda hadisənin səbəbləri araşdırılır.