Bakıda məktəbli qız itkin düşən qız tapıldı - YENİLƏNİB

 10:59 11.06.2025     228

"Bakının Yasamal rayonu Ə.Ələkbərov küçəsi 28-ci məhəllədə itkin düşən yeniyetmə tapılıb".

Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov deyib.

"İtkin düşmə kimi axtarışa elan edilmiş 14 yaşlı qız polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib", - deyə E.İbrahimov qeyd edib.

10:16

***

Bakıda 14 yaşlı qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonu Ə.Ələkbərov küçəsi 28-ci məhəllədə baş verib.

2011-ci il təvəllüdlü Lətifə Orxan qızı Abasova iyunun 6-da yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.

Məlumata görə, L.Abasova orta məktəbin 8-ci sinif şagirdi olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarənin 26-cı Polis Bölməsində araşdırma aparılır (oxu.az).