Şəmkirdə yol qəzasında müəllim öldü - azyaşlı oğlu və iş yoldaşı yaralandı - FOTO

 12:27 11.06.2025     1043

Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.

Onun övladı 2021-ci il təvəllüdlü Əli İsmayılov və sürücü, 2001-ci il təvəllüdlü Ş.Huseynova xəsarət alıb.

Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.

 

***

10.34

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Şəmkirdə yol qəzasında müəllim ölüb, azyaşlı oğlu və digər müəllim xəsarət alıb - YENİLƏNİB  - FOTO Şəmkirdə yol qəzasında müəllim ölüb, azyaşlı oğlu və digər müəllim xəsarət alıb - YENİLƏNİB  - FOTO