Lənkəranda 8 yaşlı uşağı maşın vurdu - YENİLƏNİB

Bu gün saat 14:55 radələrində Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.
15:55
***
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Lənkəran şəhərinin Müzəffər Nəsirli küçəsində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi rayon sakini 2017-ci il təvəllüdlü R.Ş-ni vurub. Azyaşlı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.