Bu rayonda məktəbin döşəməsi çökdü - şagirdlər təxliyə EDİLDİ

Xaçmazda orta məktəbin döşəməsi çöküb.
Redaktor.az-ın modern.az-a istinadla məlumatına görə, hadisə rayonun Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birində baş verib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.
Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.
"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.