Salyanda fermada yanğın oldu, mal-qara və 7 min ot bağlaması yandı - YENİLƏNİB - FOTO

 21:17 11.06.2025     204

Salyan rayonunun Qardili kəndində ümumi sahəsi 300 m² olan tövlənin, yaxınlıqda sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları və talvarın içərisinə yığılan 7 ton ot bağlaması yanıb.

Bu haqda Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda həmçinin bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Salyanda fermada yanğın olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qardili kəndində baş verib. Kənd sakini Eyyub Şikarova məxsus fermada ot tayası yanıb. Küləkli hava yanğının güclənməsinə səbəb olub. Nəticədə 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

22