Avtobusun qarşısını kəsib daşlayan 5 nəfər həbs edildi - VİDEO

 19:52 11.06.2025     151

Türkiyənin Aydın vilayətinin Didim rayonunda turistləri daşıyan tur avtobusunun daşlanması və sürücünün xəsarət alması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 5 nəfər həbs olunub.

Redaktor.az xəbər verir ki, hadisə ilə əlaqədar saxlanılan İ.H.K., M.K., M.K., M.T. və M.K. ifadələrinin alınmasının ardından məhkəməyə çıxarılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Hadisə dünən Akbük məhəlləsində baş verib. Polşalı turistlərin olduğu tur avtobusunun sürücüsü K.E. ilə yolda avtomobildə olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra avtomobildəki şəxslər avtobusun qarşısını kəsərək nəqliyyat vasitəsini daşlayıblar.

Sürücü K.E. yüngül xəsarətlə Didim Dövlət Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Kənan YUSİF