Şəhid anasının qırx mərasimində atası da vəfat ETDİ

 23:02 11.06.2025     313

Şəhid Elçin İsmayılovun ailəsində növbəti faciə baş verib. 

Redaktor.az-ın əldə etdiyi məlumata görə, şəhidin atası Ədalət Əsədulla oğlu İsmayılov uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib. 

Şəhidin atasının dəfn mərasimi sabah saat 10:00-da Cəlilabadın Təklə kəndində olacaq. 

Şəhidin anası Sifeyrə xanım bu il mayın 2-də vəfat edib və bu gün şəhid anasının qırx mərasimi keçirilib. Qırx mərasimindən sonra şəhidin atası da vəfat edib.

Qeyd edək ki, şəhid Elçin İsmayılov 1994-cü ildə birinci Qarabağ savaşı zamanı şəhid olub.

Allah rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN