Goranboyda zəhərlənən kişi xəstəxanada ÖLDÜ

 09:00 12.06.2025     678

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə Y. İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib.

Belə ki, azyaşlı uşaq "Niasitolu" pivə bakalına töküb, Y. İbrahimov isə bilməndən onu içib.

Faktla bağlı araşdırma aparılır (APA).