Azyaşlı qızının videosunu yayan ana həbs EDİLDİ

 14:46 12.06.2025     160

Yetkinlik yaşına çatmayan qızının pornoqrafiq videosunu yayan qadın həbs edilib.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, cinayət hadisəsi Bakıda baş verib.

Gülnur Əsədova (şərti) qızı üzərindən cinayət törətməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 171-1-ci (uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə ittiham verilib.

Təqsiri sübuta yetirilsə, ana 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Cinayət işi üzrə məhkəmə istintaqının qapalı keçirilməsi qərara alınıb.