Mühafizəçinin iş yerində meyiti TAPILDI

 16:01 12.06.2025     146

Bakıda mühafizəçi iş yerində dünyasını dəyişib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Xətai rayonu G.Mehmandarov küçəsi 241-də yerləşən uşaq bağçasında baş verib.

Bağçada mühafizəçi işləyən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Rəhim Ağacavad oğlu Aşumovun meyiti dünən səhər saat 06 radələrində aşkar edilib.

Onun infarktdan dünyasını dəyişdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.