Yardımlıda traktor aşdı, sürücü ÖLDÜ

 09:28 13.06.2025     84

Yardımlıda traktor aşıb.

Redaktor.az xəbər verir ki, Yardımlı rayon Urakəran kəndində yaşayan Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır (Report).