Sərxoş halda asfaltda uzanan şəxsi maşın vurub ÖLDÜRDÜ

 09:40 13.06.2025     113

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, Nadirov Vüqar Fərrux oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Müslüm Maqomayev küçəsində hərəkətdə olarkən sərxoş halda asfaltda uzanmış piyada İsmayılov Famil Əlihüseyn oğlunun üzərindən keçib, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır (modern.az).