Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini DAYANDIRDI

 19:36 13.06.2025     167

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

Redaktor.az xəbər verir ki, yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini 13 iyun tarixindən dayandırıb.

Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.