Şəmkirdə gənc qızla oğlan suda boğuldu - FOTO - YENİLƏNİB

 21:37 13.06.2025     343

Şəmkir rayonunda su kanalında batanların kimliyi açıqlanıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, 2004- cü il təvəllüdlü Ümid İbrahimov və 2005-ci il təvəllüdlü Aliyə Həsənovadır.

Ü. İbrahimovun nəşi sudan çıxarılıb. Hazırda digər şəxsin axtarışları davam edir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə iki nəfər su kanalında batıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki su kanalında baş verib.

İlkin məlumata görə, batan şəxslərdən biri qadın, digəri kişidir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.