Gəncədə piyadanı maşın vuraraq öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "QAZ 24" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada hadisə yerində ölüb.