Cəlilabadda yük avtomobili yandı, sürücü xəsarət aldı

 14:51 15.06.2025     134

Cəlilabad rayonunda yük avtomobili yanıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Sərhədabad kəndində qeydə alınıb.

Belə ki, Rafət Yaqubovun idarə etdiyi “QAZ 53” markalı yük avtomobili qəfildən alışıb.

Hadisə nəticəsində avtomobil və yükü tamamilə yanaraq kül olub.

Yanıq xəsarətləri alan sürücü R.Yaqubov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.