Prokurorluğun vəzifəli şəxsi vəfat ETDİ

Azərbaycanda prokuror müavini vəfat edib.
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, 59 yaşlı Fazil İdris oğlu Həsənov səhhətində yaşanan problemlə əlaqədar dünyasını dəyişib.
Qeyd edək ki, o 33 ildir ki, prokurorluq sahəsində çalışırdı.
Həmçinin F.Həsənov şəhid Tural Həsənovun əmisi idi.
Tural Həsənov 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşında minaya düşərək şəhid olub.
O, Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasında iştirakına görə "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
