Sabirabadda klinika yanır

 17:41 15.06.2025     151

Sabirabadda “Muğan” klinikası yanır.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Muğan prospektində qeydə alınıb.

İlkin məlumata görə, klinika anidən alovlanaraq yanmağa başlayıb.

Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.