Gəncədə kişi güllələndi, şübhəli şəxs saxlanıldı - YENİLƏNİB

 02:41 16.06.2025     301

Gəncədə 42 yaşlı kişini güllələyərək öldürən şəxs saxlanılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, iyunun 15-də saat 22 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində 42 yaşlı Vüsal Əhmədov ov tüfəngi ilə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə güllələnmə hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.